KXDR çərşənbə axşamı Yapon dənizinə mərmi atıb.

Unikal.org xəbər verir ki, naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilməyib. 

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar böhran qərargahı yaradılıb. Bu barədə NHK telekanalı məlumat verib.

Qeyd edək ki, KXDR sentyabrda yeni raket sınaqları həyata keçirib. Ötən ayın 15-də KXDR Yaponiyanın müstəsna iqtisadi zonasına düşən Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb. Sentyabrın 28-də Cənubi Koreya Respublikası ordusu KXDR tərəfindən eyni istiqamətə qısa mənzilli raket buraxıldığını elan edib.