Dünyaca məşhur mərhum müğənni Maykl Ceksona məxsus daha bir əşya hərraca çıxarılıb.

Unikal.org  xəbər verir ki, ulduzun şəxsiyyət vəsiqəsini itirərkən yazdığı ərizə ortaya çıxıb. 12 ildən sonra satışa qoyulan ərizədə Maykın 4 fotosu, imzası və şəxsi məlumatları yer alıb.

Pop ulduzun ərizəsi alıcılara ilkin olaraq 75 min dollara təklif olunur.