Əfqanıstanda  terror təşkilatı İŞİD-ın  məscidə etdiyi hücumun görüntüləri yayılıb. 

Unikal.org xəbər verir ki, terror aktı oktyabrın 15-də Qəndəhar vilayətində şiə camaatına aid Fatimiyyə Məsciddə  baş verib. Hadisə  nəticəsində 47 nəfər  öldürülüb.  

Paylaşılan kadrlarda məscidə yaxınlaşan 2 terrorçu, qapıda gözləyən məscidin 2 mühafizəçisini güllələyib. Daha sonra şəxslər Vətəndaşlara hücum ediblər.  Hətta  terrorçulardan biri məscidə girirərək, üzərindəki bombanı partladır.