Türkiyə 10 ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Unikal.org  xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb. XİN-ə ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa , Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirlərinin çağırıldığı bildirilib.

Səfirlərin XİN-ə onların sosial şəbəkədə Osman Kavalanın həbsiylə bağlı paylaşdıqları statusa görə çağırıldıqları vurğulanıb. Belə ki, onlar Kavalanın həbsinin Türkiyədə hüququn aliliyi və demokratiyanı kölgə altında qoyduğunu bildiriblər.