Ermənistanda son 24 saat ərzində 1 054 yeni COVID-19-a yoluxma halı aşkarlanıb, bununla da ümumi yoluxanların sayı 284 237-yə çatıb.

Unikal.org xəbər verir ki, son bir gündə 37 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin ümumi sayı isə 5 842 olub. 

Bir gündə 889 xəstə sağalıb. Sağalanların ümumi sayı 255 821-ə çatıb.

Hazırda aktiv xəstə sayı 21 339-dur.