Hindistanın Kerala vilayətində leysan yağışların altında qalan bölgədə özlərinə  toy mərasimi keçirən cütlük maraqlı üsula əl atıblar. 

Unikal.org xəbər verir ki, gəlinlə bəy böyük qazanın içində  toy məclisinə gediblər. Hər ikisi tibb işçisi  olan  hindlilər yerli mediayaya açıqlama veriblər. Onlar toylarının təxirə düşməməsi üçün bu yola əl atdıqlarını bildiriblər. Ərazilərin su olması  səbəbindən qonşu bölgədə  mərasim quran gəlinlə bəy avtomobil əvəzinə  qazandan istifadə ediblər. 

Qazanın içində toylarına gedən gənclər gündəmə səbəb olublar.