İngiltərədə bir sayt "The Simpsons" cizgi filmini izləmək üçün işçi axtarır.

Unikal.org xəbər verir ki, 7 min dollar maaş alacaq şəxs Simpsonların 33 seriyasını 8 həftəyə izləməli olacaq. 

Bildirilib ki, işə götürüləcək şəxsin yeganə işi simpsonların diqqət çəkən hərəkətlərini izləmək, bununla da gələcəkdə hansısa baş verə biləcək hadisə haqqında proqnoz verməkdən ibarət olacaq.

Qeyd edək ki, Simpsonlar bir neçə hadisəni əvvəlcədən görüb və bunu cizgi filmlərində nəzərə çatdırıblar. Sözügedən ingilis saytı isə həmin ola biləcəkləri araşdırmaq niyyətindədir. 

Ağarza Elçinoğlu