Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.ü.e.d.   Məhərrəm Zülfüqarlının “ XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub.  Universitetin Elmi Şurasının  28 noyabr  2018-ci il   tarixli  iclasının  ( Protokol  №3  )  qərarı  ilə  nəşr olunmuş bu kitab rus, ingilis, alman, fransız, italyan, ispan, portuaql dilinə tərcümə edilərək nəşr olunub. Kitabın tərcümə və yayımını 2021-ci ildə LAP LAMBERT Academic Publishing (ISBN 978-620-3-92791-7)  beynəlxalq nəşriyyatı həyata keçirib. Kitab “ Tatar-monqolların Azərbaycan tarixindəki rolu” adı ilə 7 dillə təcrümə olunub.

Unikal.org xəbər verir ki, nəşriyyatdan müəllifin adına göndərilən məktubda deyilir:

“Salam Zülfüqarlı Məhərrəm Paşa oğlu

Tərcümə sahəsində mükafat almış Alman kampaniyası ilə əməkdaşlıq nəticəsində biz digər dillərə təcümə etməklə sizin kitabın auditoriyasının genişləndirilməsi ilə bağlı böyük addım atdıq. Hazırda Latın Amerikası. Avropa, Rusiya və digər ölkələrdə insanlar sizin kitabı öz dillərində oxumaq imkanına malikdirlər.”

Xatırladaq ki, M.P.Zülfüqarlının digər 1941-1945-ci illərdə Bakı hava    hücumundan müdafiə qoşunlarının komandanı olmuş,  general-mayor Məmmədbağır Hadi oğlu Bağırovun fəaliyyətindən bəhs edən “Generalı sirli taleyi”kitabı  bu il, Aziz- İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən İsraildə nəşr olunub.