Bundan sonra İran yük avtomobilləri Azərbaycanın buraxılış məntəqəsindən keçəcəklər.

Unikal.org xəbər verir ki, bunu Gorusun vitse-meri Karo Köçəryan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq buraxılış məntəqəsinin tikintisini bitirib.

O, hazırda buraxılış məntəqəsi qarşısında İrandan olan çoxlu sayda yük maşınının toplaşdığını söyləyib.

Köçəryan həmçinin Azərbaycan hökumətinin yanacaqdoldurma stansiyasının tikintisinə başladığını da deyib.