Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.

Bu barədə Unikal.org - a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - nazirlikdən bildirilib.