Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Unikal.org xəbər verir ki, onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, G. Nəsibova bu il oktyabrın 22-si səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman onun orada olmadığını müəyyən edib. Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Səbail  Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.