Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

Unikal org xəbər verir ki,  "Kamp Nou"dakı X tur matçı Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
"Kral klubu" 8 oyundan sonra 17 xalla üçüncü, Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib. Görüşü FIFA referisi Xose Mariya Sançes Martines idarə edəcək.
İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 "El Klasiko"nun 98-də qonaqlar, 96-da isə paytaxt təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.
La Liqa qarşılaşmalarında da "Real Madrid"in rəqibinə qarşı üstünlüyü var – 75:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.
"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.
Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.