İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib.

Unikal.org  "Galicia" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı idmançı evindəki vannada ölü tapılıb.

O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Oteronu mobil telefonun batareyasını doldurarkən cihaq suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.

Qeyd edək ki, Santyaqo Otero "Real Ovyedo"nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.