Ağcabədi rayonunun Avşar kəndində “ГАЗел” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.