Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.