Ağstafa rayonunda 17 yaşlı Sadıqov S. bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, bu, Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevdir.

Qeyd edək ki, hadisə Tatlı kəndində qeydə alınıb. Belə ki, 2004-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

*** 21:41

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Sadıqov S. bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.