Gürcüstan-Ermənistan sərhədində 4,4 maqnitudalı zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:04-də qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, sözügedən zonada aktrivləşmə bir neçə müddətdir müşahidə olunur. Daha güclü zəlzələnin baş verəcəyi istisna edilmir.