Türkiyənin Kayseri vilayətinin Tomarza rayonunda qohumlar arasında çıxan dava ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, ərazi anlaşılmazlığına görə baş verən davada E.G. belindəki silahla dayısının oğulları Səlim, Bayram, Əfəndi və onların anası Elifə atəş açıb. 

Səlim və Bayram hadisə yerində, Elif G. isə aparıldığı xəstəxanada həyatını itirib.

Hadisə zamanı yaralanan dörd nəfərin müalicəsi davam edir.

Qohumlarını öldürən cinayətkar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.