Nigeriyanın cənubundakı Rivers ştatında qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 25 nəfər həlak olub.

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, hadisə cümə günü səhər baş verib, ancaq 2 gün sonra məlum olub. Rəsmi qurumlar hələlik ölənlərin kimliyini müəyyən edə bilməyiblər. Onların arasında azyaşlıların da olduğu dəqiqləşib.

Hadisənin başvermə səbəbi və şəraiti açıqlanmayıb.