Türkiyədə baş verən ağır yol qəzasında 17 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Sakarya əyalətində baş verib. Magistral yolda 27 avtomobil toqquşub. Qəza zamanı 17 nəfər yaralanıb. Hadisə yerinə həkimlər və yanğınsöndürənlər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd olunur ki, qəzaya güclü yağış səbəb olub.

Faktla bağlı araşdırma aparılır.