Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Ağstafa-Poylu yolda qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını “KİA”, “VAZ 2107” və traktorla toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatına görə, qəzaya səbəb “QAZel” sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.