Avropa İttifaqı (Aİ) bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyini yenidən açmağı planlaşdırır. 

Unikal.org "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı son qərar təhlükəsizlik vəziyyətinə əsasən veriləcək. Qeyd olunub ki, ölkədəki real vəziyyəti qiymətləndirmək üçün sentyabr ayında Brüsseldən bir heyət Əfqanıstana səfər edib.

Mənbələr qeyd edib ki, Avropa İttifaqı Kabildəki diplomatik missiyasının işinin bərpasında maraqlıdır, çünki bu, humanitar yardımın daha effektiv şəkildə göstərilməsinə və evakuasiyaların həyata keçirilməsinə imkan verəcək.