Amerikalı basketbol ulduzu Maykl Cordanın 1984-cü ildə "Chicago Bulls" ilə ilk mövsümündə getdiyi idman ayaqqabısı hərraca çıxarılır.

Unikal.org xəbər verir ki, idman ayaqqabısı hərracda rekord qiymətə - 1,47 milyon dollara satılıb. Bu rəqəm idmanda geyilən ayaqqabılar üçün indiyə qədər ödənilən ən yüksək göstəricilərdən biri olub.  

Cordan bir çoxları tərəfindən basketbol tarixinin ən böyük oyunçusu hesab olunur. 2003 -cü ildə təqaüdə çıxan Maykl Cordan, NBA tarixində ilk milyarder oyunçudur.