Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə "Facebook" hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.

Unikal.org xəbər verir ki, Cavanşir Paşazadənin "Azərbaycan" sözünü düzgün yaza bilməməsi müzakirələrə səbəb olub.

O, sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirakından yazarkən cəmi bir cümlədən ibarət olan paylaşımında "prezident" sözünü "prizident" kimi qeyd edib. Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyi məlum olub. Cavanşir Paşazadə paylaşımında “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd edib.  

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.

Qeyd edək ki, o, daha sonra paylaşımını silib.

Ağarza Elçinoğlu