Tanınmış bloqer Ayşən Mirzəyevanın həyat yoldaşının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Seymur Əli