Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Unikal.org xəbər verir ki, görüş zamanı Mehriban Əliyeva sakinlərlə söhbət edib.

Ata-baba yurdlarına geri dönən sakinlər torpaqlarımızın işğaldan azad olunmasına görə minnətdarlıqlarını bildiriblər. Qubadlı sakini öz hazırladığı əl işindən ibarət kəlağayını birinci xanıma təqdim edib.