Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

***

13:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

***

11:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Unikal.org xəbər verir ki, dövlət başçısının təyyarəsi Ankaradakı Esenboğa Hava Limanından havaya qalxıb.

***

08:14

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Unikal.org xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevlə Füzuli aeroportunun açılışına qatılacaq, bölgədə salınacaq avtomobil yolu və Zəngilanda “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri gözdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsinin aparılması planlaşdırılır.