"Körpəni çimizdirmək üçün qırxının çıxmasını gözləyərək, onların dərisinə zərər vermək doğru deyil".

Bu sözləri Unikal.org-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib. O, bildirib ki, sözügedən körpənin dərisi infeksiyalaşır: “Körpə dərisi qurumağa, qabıqlamağa meyilli olduğu üçün də daimi nəmləndirmə, xüsusilə də çiməndən sonra nəmləndirici krem istifadəsi çox vacibdir. Göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır” - deyə, pediatr bildirib. 

Könül Oruc