Ermənistan parlamentinin qapalı keçirilən iclasında qarşıdurma yaşanıb.

Unikal.org xəbər verir ki, Daşnaksütyun partiyasının üzvü Qeqam Manukyan məslək yoldaşı Vigen Xaçatryanı müsahibəsində "Qarabağda yaşayan insanlar Azərbaycanın bir hissəsidir" sözlərinə görə "satqın" adlandırdığı üçün tribunadan uzaqlaşdırılıb. 

Sessiyaya sədrlik edən Ruben Rubinyan əvvəlcə onun mikrofonunu söndürməyi, sonra isə mühafizəçilərə komanda yoldaşını satqın adlandırdığı üçün Manukyanı tribunadan uzaqlaşdırmağı tapşırıb.

Mühafizəçilər müxalifətçi deputatı zaldan zorla çıxarıblar. 

Ajeotajdan sonra Rubinyan sessiyaya 20 dəqiqəlik fasilə verməli olub.

Ağarza Elçinoğlu