Rusiyanın Vladivostok şəhərində yerləşən Nekrasovski bazarında yanğın olub. 

Unikal.org "RİA Novosti" yə istinadən xəbər verir ki, birmərtəbəli obyektlərin əksər hissəsi yanıb.

Xilasedicilər 70 nəfəri təxliyyə edib. Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. 

Qeyd olunub ki, 700 kvadrat metr ərazidə yanğını söndürmək mümkün olub. 

Polis bazara girişi bağlayıb. Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu