Avtobuslarda sərnişin sıxlığı var. Bu hal, bizi də narahat edir. 

Bu sözləri Unikal.org-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

M.Ağayev bildirib ki, avtobuslardakı sıxlığı şərtləndirən bir sıra səbəblər var: “Sərnişin sıxlığının səbəbini bəzən avtobusların sayı ilə əlaqələndirirlər. Lakin sərnişin sıxlığı qəti bununla əlaqəli deyil. Gün ərzində yola nə qədər əlavə avtobus da buraxılsa, əgər avtobusların yolda maneəsiz getməsi üçün xüsusi zolaq yoxdursa, bu avtobus tıxacda qalacaq, gecikmələr olacaq və sərnişin sıxlığı yaşanacaq”.

Könül Oruc