Əfqanıstanın paytaxtı Kabildə bir neçə qadın ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının hüquqlarını müdafiə etməyi tələb edərək nümayiş keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" xəbər agentliyi məlumat yayıb.

Agentlik, qadınların "İş və təhsil hüququ bizim əsas hüququmuzdur",- deyə  şüar  səsləndirklərini  qeyd edib. 

Məlumata görə, qadınlar Əfqanıstanda BMT-nin Yardım Missiyasının ofisi qarşısında nümayiş keçirməyi planlaşdırıblar, lakin "Taliban" buna icazə verməyib.