Mingəçevirli şəhid döyüşçünün  anası oğlunun müharibədən öncə  qələmə aldığı şəhidlik arzusunu əks etdirən xatirə yazısını tapıb.
Unikal.org-un
məlumatına görə, təsadüfən anası Ümmü İbrahimova tərəfindən aşkar edilən  yazı parçası yeganə övladı olan şəhid Elmar İbrahimova məxsusdur. Ən maraqlısı da odur ki, şəhidin arzularının və xəyallarının təxəyyülü olan xatirə nümunəsində Elmarın Vətən müharibəsindən  xeyli öncə o hələ mülki həyatda bərbərlik  fəaliyyəti ilə məşğul olduğu zamanlarda  qələmə alınıb.  O kiçik nümunədə Elmar İbrahimov qəribə də olsa  özünün şəhid olduğunu yazır.
Qeyd edək ki 1998-ci təvəllüdlü Elmar İbrahimov ailənin tək övladı olub. Atasını  illər öncə itirib. Anası  Ümmü xanımla birgə yaşayan vətənpərvər gənc müharibənin ilk günündə anasından xəbərsiz könüllülər sırasına qoşulub. Hazırda onun vaxtilə  Mingəçevirdə yaşadığı mənzil anası tərəfindən muzeyə çevrilib. Ondan yadigar olan və təsadüfən tapılan yazı nümunəsi də  evi bəzəyən xatirə guşəsində nümayiş olunur
E. Muradlı