“Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, Türkiyə və Azərbaycan bundan sonra da iki qardaş ölkə kimi bir yerdə irəliyə gedəcək. Xalqlarımız daha da bir-birinə yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”, - dövlət başçısı bildirib.