İŞİD silahlıları İraqın şərqində Diyala əyalətindəki kəndlərdən birinə hücum edib.

Bu barədə Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir.

Hücum nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Məlumata görə, daha 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.