Məşhur  aktyor Özcan Dəniz boşandığı həyat yoldaşı Feyza Aktan haqda müsahibə verib.

Unikal.org haberler.com-a  istinadən xəbər verir ki, oğulları Kuzeyin vəlayətini almaq üçün məhkəməyə müraciət edən aktyor dərdinin pul olmadığını deyib:

"Qadınların çoxu pul qoparmaq üçün boşanır. Olan isə uşaqlara olur. Mənim dərdim pul deyil, vəlayətdir. Oğluma qarşı yaxşı ana olsun, gəlsin hər şeyimi alsın. Amma vəziyyət elə deyil".