Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb. Səhifəni açan şəxslər şəhidin adından istifadə edərək pul yığırlar.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a açıqlamasında sözügedən məsələdən məlumatlı olduqlarını bildirib:

"Hazırda bununla bağlı araşdırma aparılır".

Murad İbrahimli

***

10:45

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Unikal.org xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar.

Qeyd edək ki, Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.