Pakistanın Hayber Paxtunxva vilayətində  naməlum şəxslərin silahlı hücumu nəticəsində 4 polis həyatını itirib.

Unikal.org xəbər verir ki, Lakki Marvat rayonunda patrul polis maşınına atəş açılıb.

4 polisin həyatını itirdiyi hücumun terrorla əlaqəsi olub-olmadığı hələ də aydın deyil.

Faktla bağlı araşdırma aparılır.