Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 6,98 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.