Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb. Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq. O da məlum olub ki, skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.(apa)