Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826287 hektar sahədə şum aparılıb. Bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Kənd  Təsərrüfat  Nazirliyindən Unikal.org-a  verilən məlumata görə,  oktyabrın 28-dək 200818 hektar sahədə səpin həyata keçirilib, o cümlədən 84961 hektar sahədə buğda səpini, 115857 hektar sahədə arpa səpini aparılıb. Səpin zamanı 14816.2 ton sertifikatlaşdırılmış buğda, 13007.4 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub. 

Füzuli, İmişli, Oğuz, Qubadlı, Salyan, Sabirabad, Xocalı, Yevlax və Zəngilan rayonlarında şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 100% yerinə yetirilib. Ağcabədi rayonunda şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 98.2 %, Ağdaş rayonunda 93.1 %, Ağstafa rayonunda 95.2 %, Quba rayonunda 98.1 %, Saatlı rayonunda 95 %, Qəbələ rayonunda 97% yerinə yetirilib.