Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org-un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev barəsində verilən ittihamın məhkəmə istintaqı ilə sübuta yetirildiyini əsas gətirərək onun 11il azadlıqdan məhrum edilməsini istəyib.