Bakıda davam edən arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkasına arıçılar tərəfindən ən çox cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi bölgələrini təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 39081 kiloqram çökə balı gətirilib. Çökə balı yarmarka dövründə satışa təqdim olunacaq arıçılıq məhsullarının 1/3 hissəsini təşkil edir. 

Unikal.org xəbər verir ki, bundan başqa arıçı fermerlər satışa 19609 kiloqram çiçək balı, 13167 kiloqram qaratikan balı, 7775 kiloqram may balı, 5341 kiloqram dağ balı, 5008 kiloqram biyan balı, 4229 kiloqram meşə balı çıxarıblar. Bundan başqa yarmarkada çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır. 

Ümumilikdə yarmarka 120 tona yaxın arıçılıq məhsulunun çıxarılması nəzərdə tutulur. Bu məhsullar arasında bal ilə yanaşı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. var.

Arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkası noyabrın 7-dək davam edəcək.