Bu gün (28.10.2021 tarixdə)Azərbaycan Turizm və Menecment Universitetində Bank Respublikanın məsul işçiləri tərəfindən“Ümumi Bank və İnsan Resurslarının İdarə olunması” mövzusunda keçirilən təlim faydalı olub.

Unikal.org xəbər verir ki, işgüzar görüş çərçivəsində Bank Respublikanın sturuktur rəhbərləri-İnsan Resursları Departamentinin rəhbəri Ayan Buniyat-zadə və Təlim və inkişaf  şöbəsinin müdiri Jalə Nəcəfova ATMU tələbələrinəustad dərsləri keçiblər. 

Təlim və inkişaf  şöbəsinin müdiri Jalə Nəcəfova “Ümumi Bank işi” mövzusuna həsr olunançıxışındaBank Respublikanın fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlərdən söz açdı.Bank işinin incəliklərinə toxunan Jalə xanım, eyni zamanda tələbələrin mövzuyadair çoxsaylı suallarını da ətraflı cavablandırdı.

Təlimin 2-ci hissəsində sözİnsan Resursları Departamentinin rəhbəri Ayan Buniyat-zadəyəverildi. İnsan resurslarının idarə olunması,peşəkar yazı üslubu və mükəmməl səviyyəli CV-lərinhazırlanma mexanizmi haqqında detallıbilgi verən Ayan xanım , tələbələrin gələcək həyatında, xüsusilə işəqəbul prosesində deyilənlərinfaydalı olacağınıdedi.

Təlimin sonunda təşkilatçılar tərəfindəntələbə və məzunlardan ötrü təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. məsələlərlə bağlıdavamlıtədbirlərin təşkili qərarına gəlindi.
Azərbaycan Turizm və Menecment Universitetində keçiriləntədbirdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və 1 və 3-cü kurs tələbələri iştirak ediblər.