"Biz - Ermənistanda yüksək vəzifə tutan hər kəs, rusiyalı həmkarımızla bu məsələləri müzakirə edirik və bizim fikrimizcə, Rusiya sülhməramlı qüvvələri Qarabağda daha çox qalacaq". 

Unikal.org xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan hökuməti Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib.

Ermənistanın Rusiya olmadan Qarabağda qala biləcəyi sualına Təhlükəsizlik Şurasının rəhbəri belə cavab verib: 

"Hazırda biz birgə təhlükəsizlik məsələsini həll etməyi müzakirə edirik".

Ağarza ELçinOğlu