Bu gün Qaradağ rayonunda Vətən müharibəsinin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsinin şəhidlərinə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan, Sahil, Ələt, Müşviqabad, Qızıldaş, Qobustan qəsəbəsi ərazisində Şəhid məzarlarının, abidələrinin və barelyeflərinin ətrafının abadlaşdırılması və təmizlənməsi aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, keçirilmiş aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələrinin üzvləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiya iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında dəfn olunmuş şəhid Əliyev Rövşən İbrahim oğlu, İbadov Rafiq Baloğlan oğlu, Məmmədov Ramal Məhəmməd oğlu, Məmmədov Pərviz Ələddin oğlu, Surxayev Yunis Rafik oğlu, Abbasov Ruslan Hikmət oğlu, Musaoğlu Ataməli Seyidməmməd oğlu,Kəlbiyev Şaiq Namik oğlu, Rəsulov Teymur Yavus oğlu, Fərziyev Saməddin Mehman oğlu, İsmayılzadə Səməndər Vahid oğlu, Eyvazlı Məzdək Əli oğlu, Kərimov Tofiq Dadaş oğlu,Mirzəliyev Kamal Əjdər oğlu, Qızıldaş qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan şəhid Məstəliyev Nurəddin Hasi oğlu, Sərxoşov Seymur Ramiz oğlu, Aslanov Elşən Dönməz  oğlu, Abışov Zəka Zakir  oğlu, Şonqar qəsəbəsində Gülmalıyev Ağamirzə Ağabəy oğlu, Teyublu Çərkəz Vidadi oğlu, Korgöz qəsəbəsində dəfn olunan şəhid Məmmədquliyev Ağabəy Zaur oğlu, Sangaçal qəsəbəsində dəfn olunan Qədirov Şahin Bayram oğlu, Qobustan qəsəbəsində dəfn olunan şəhid Abbaov Punhan Nəsir oğlu,  Xəlilov Ələddin Əlizaman oğlu, Müşviqabad qəsəbəsində dəfn olunan şəhid Musayev Elşən Hüseyn oğlu və Ələt qəsəbəsində dəfn olunan  şəhid Abdullayev Balazadə Rafət oğlunun məzarları ətrafında təmizlik və abadlıq  işləri aparılıb.

Eyni zamanda rayonun qəsəbələrində Şəhid abidələri və barelyeflərinin ətrafında da  təmizlik və  abadlıq işləri aparılmışdır. Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır.2020-ci ilin  27 sentyabr tarixində erməni işğalına qarşı başlayan Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdi. İllər keçsə də  xalqımız bu tarixi günləri heç vaxt unutmayacaq, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.