Bu gün Azərbaycan Turizm və Menecment Universitetində “Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə  “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda V Beynəlxalq elmi-praktik konfransı keçirilib. 

Universitetdən Unikal.org-a  verilən  məlumata görə,  konfransın əsas məqsədi müasir dövrdə turizmin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və həlli zəruri bilinən təkliflərin dəyərləndirilməsindən ibarət olub.

Konfransın Plenar iclasında ATMU adından universitetin Tədris İşləri üzrə prorektoru professor Zaur Bağırov çıxış edərək iştirakçıları salamladı və konfransın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzu edib. 

“Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı dosent Bahadur Bilalov öz çıxışında ATMU-da konfrans ənənələrini vurğuladı və işğaldan azad olunmuş ərazilərimizdə turizm potensialının tədqiqinin və turizm növlərinin  inkişafı üçün əməli təkliflər verilməsinin ümdə vəzifə olmasını qeyd edib. 

Konfransın işində iştirak edən Türkiyə Respublikası Osman Qazi universitetinin Turizm fakültəsinin dekanı professor Yaşar Sarı, İtaliya Respublikasındakı  Romualdo Del Bianco Fondunun Baş Katibi Simone Giometti, Sinqapur Milli Turizm Agentlikləri Asossiasiyasının İcraçı direktorun müavini Julia Chang, Doğu Akdeniz Universitetinin Turizm fakültəsinin dekan müavini professor Əli Öztürən, Rusiyadakı Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina çıxış edərək konfransın işinə uğurlar arzu etdilər.

Plenar iclasda AMEA, H.Əliyev adına Coğrafiya İnstitutu, Turizm-rekreasiya şöbəsinin müdiri, c.ü.f.d.,dosent  Zaur İmraninin “Qarabağın turizm-rekreasiya ehtiyatı və onların inkişaf etdirilməsi yolları” adlı məruzəsi dinlənildi və fikir mübadiləsi aparılıb. 

Plenar iclasdan sonra konfrans bölmələr üzrə işini davam etdirib. Ümumilikdə konfransda Azərbaycan, rus, ingilis və türk dillərində 54 məruzə dinlənilib. Məruzələr Türkiyə (İsparta), Rusiya və Azərbaycandan daxil olub.  Ölkəmiz üzrə məqalə təqdim edənlərdən 37 nəfəri Azərbaycan Turizm və Menecment Universiteti, 6 nəfər AMEA H.Əliyev adına Coğrafiya İnstitutu, 2 nəfər Naxçıvan Dövlət Universiteti, 2 nəfər UNEC, 2 nəfər Sumqayıt Dövlət Universiteti, 2 nəfəi Lənkəran Dövlət Universiteti, 1nəfər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təmsilçiləri olub. 

Məruzə mövzuları “Azərbaycan Respublikasında turizmin vəziyyəti və perspektivləri”, “Qarabağın turizm-rekreasiya ehtiyatı və onların inkişaf etdirilməsi yolları”, “Naxçıvan Muxtar Respublikasının balneoloji turizm ehtiyatları və onlardan istifadə xüsusiyyətləri” və eləcədə ölkəmizin digər regionlarının turizm imkanları haqqında, həmçinin turizm sektorunda istehlakçı davranışları, Turizm bazarının rəqəmsal transformasiyası, Azərbaycanın mədəni dəyərlərinin beynəlxalq əlaqələrin inkişafına təsiri, Turizm bazarında işgüzar turizm sənayesinin inkişafı, Turizm fəaliyyətində dövlətin rolu, Turizmdə informasiya texnologiyalarından istifadənin artırılması yolları, Turizm sferasında elektron kommersiyanın üstünlükləri, Turizm müəssisələrində yeni marketinq xidmətlərinin təşkili və idarə olunması və s. kimi müxtəlif sahələri əhətə edir.