Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.

"Unikal"ın məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib. Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Qeyd edək ki Elmin Əlizadə ailənin yeganə oğul övladıdır və bir bacısı var.

E.Muradlı