Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ermənilər tərəfindən Şuşa Muzeyindən oğurlanan eksponatların və xalçaların geri qaytarılması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Mədəniyyət naziri Anar Kərimov  “Unikal”a açıqlamasında  deyib ki, onların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var:

“Təəssüflər olsun ki, orada məcburedici qüvvəyə yoxdur. Belə ki, hansısa konvensiyaya görə beynəlxalq təşkilatların onları geri alması qeydi yoxdur. Amma hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik. Buna cavabdeh olan ən vacib təşkilat YUNESCO-dur. Orada da hər hansı bir ölkədən qeyri-qanuni olaraq mədəni sərvətlərin çıxarılması, mənimsənilməsi və başqa halları qadağan edən konvensiya var. Azərbaycan da, Ermənistan da bu konvensiyanın üzvüdür. Ona görə də biz bu konvensiyaya üzv kimi YUNESCO-da iddialarımızı qaldırmışıq. Həmin irsin Azərbaycana olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

Anar Kəlbiyev