Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Yasak elma"nın ötən mövsüm çəkilişlərində yaşanan qalmaqaldan sonra serialdan ayrıldığı ortaya çıxıb.

"Unikal" haberler.com-a istinadən  xəbər verir ki, ekran işinin ssenarisində Nəsrin Cavadzadənin ayrılma qərarı alması ilə dəyişiklik edilib. Belə ki, Nəsrin yaşanan gərginliyin ardından çəkiliş meydançasını tərk edib, daha sonra həkimdən arayış alaraq telefonlara cavab verməyib. Prodüserin telefonuna cavab verməyən aktrisa bölümün tamamlanmasını riskə atıb. Bu səbəbdən bölümə cənazə səhnəsi əlavə edilib.

Bu halda aktyor məsuliyyət daşıdığı üçün çəkilişi tərk etdiyi gün müqabilində prodüserə 10 bölümlük qazancı qədər cəzanı ödəmək məcburiyyətindədir. Bundan başqa aktyor, işinə xələl gətirəcək bütün müqavilə öhdəliklərinin pozulmasına görə ümumilikdə 750 min lirə cərimə ödəməlidir.

Qeyd edək ki, N.Cavadzadə hazırda "Üç kürüş" serialında Bahar obrazını canlandırır.